Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə

Hər birimizin bildiyinə görə, gözəllik qurban tələb edir. Gözəl bədən quruluşu, hamar və təmiz dəri, gözəl saçlar və s. kimi tələbləri əldə etmək üçün uzunmüddətli idman və fitness, epilyasya, müxtəlif ağrılı prosedurlar, saçların boyanaraq korlanması, yandırılmasına şahid oluruq.

Lakin bu gün sizə çox qədim zamanlardan istifadə edilən, hər birimizin ana və nənələrimizdən eşitdiyimiz, ən əsası isə qətiyyən zərərsiz və hətta çox xeyirli tərkibə malik olan xına haqda danışacayıq.

Xına nədir?
Beləliklə, xına( ərəb dilində hənna) — ərəb ölkələrində bitən kolluqların yarpaqlarından əldə olunan qırmızı-sarı boyadır. Ərəblər bu boyanı artıq bir neçə əsrlərdir ki, nəinki saçların boyanması üçün, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər. Xınanın tərkibində aşı maddələr(qoruyucu maddə) vardır ki, onlar, saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir, kəpəyi aradan qaldırır, kövrək və zədələnmiş saçları qidalandırır. Həmçinin isbat olunmuşdur ki, xına, piy vəzilərinin işini normallaşdırır və saçların tökülməsini dayandırır.

Xınanın növləri
Satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik.
Ardı →

Quru və kövrək saçlar üçün maskalar

Bu maskalarla saçlarınız qidalanaraq, nəmlənib, sağlam görkəm alacaqlar. Beləliklə evdə, asan hazırlana biləcək bir neçə qidalandırıcı maska resepti təqdim edirik:

Bal və zeytun yağı
4 x/q bal və 6 ç/q zeytun yağını qarışdırıb, saçlara sürtün. Üzərinə polietilen paket bağlayın. Bu maskanı 30 dəqiqə saxlamaq lazımdır.

Bal və süd
1/2 stəkan süd və 2 x/q balı qarışdırıb, saçlara sürtün. Bu maskanı 1 saat saxlamaq lazımdır.

Yumurta əsaslı qidalandırıcı maska
1 yumurta, 2 x/q gənəgərçək yağı, 1 ç/q sirkə və qliserin. Bu maskanı saçların bütün uzunluğuna çəkmək lazımdır.
Ardı →

Saçlarımız üçün hansı vitaminlər mütləqdir?

Sağlam saçlara sahib olmaq  üçün orqanizm  bütün lazımı elemtləri almalıdır.

Həmçinin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün xüsusi pəhrizlər vardır ki, onlar saçların inkişaf və möhkəmləndirilməsini təmin edir.

Saçlara hansı vitaminlər lazımdır sualına ən yaxşı cavab — balanslaşdırılmış qidadır. Təbii ki, hər birimiz xüsusi vitamin komplekslərindən də istifadə edə bilərik, yalnız  qida məhsulları olan meyvə və tərəvəzdən aldığımız elemet və vitaminlər, orqanizm tərəfindən daha çox və yaxşı mənimsənilir.

Birincisi bilməlisiniz ki, qida rasionunuzda  mütləq -zülallar olmalıdır. Məlumdur ki, zülal orqanizm və saçlar üçün bünövrə materialı sayılır.


Ardı →

Qarabaşaq unundan maskalar.

Bir çoxumuz bilirik ki, qarabaşaq yarmasının sıyığı necə xeyirlidi. Lakin qarabaşağın kosmetalogiyada tez-tez istifadə olunmasını çox az adam bilir. Onun yarmasından skrab kimi istifadə edirlər. Digər komponentlərlə birləşdirildikdə ondan saç üçün maskalar da hazırlanır. Əsas məhsul olaraq bu maskalarda qarabaşaq unundan istifadə olunur. 

Quru dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın, qoyun un yağı özünə tamamilə çəksin. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. 

Quru və həssas dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq unu, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təbii yağlı kefir və bir miqdar su. Ocaq üstündə qaynayana qədər hamısını qarışdırırıq. Daha sonra soyumağa buraxırıq, soyuduqdan sonra üzə çəkir və 15 dəqiqə gözləyirik. Daha sonra ilıq su ilə yuyulur.

— 1 çay bardağı südlə yarım çay bardağı qarabaşaq ununu ocaqda qaynadırıq, ona bir qaşıq bal əlavə edirik. 20 dəqiqə qarışdıraraq ocaqda saxlayırıq. Daha sonra onu soyumağa buraxırıq.Soyuduqdan sonra maskanı çəkir və 30 dəqiqə saxlayırıq. Sonda soyuq su ilə yuyuruq.

Saç üçün qidalandırıcı maskalar.

— 4 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı limon suyu, 3 xörək qaşığı qarabaşaq unu. Hamısını qarışdırın, azacıq darçın da əlavə etmək olar. (Darçın saçların tez uzamasına kömək edir) 20 dəqiqə kənarda saxlayın, daha sonra saçlarınıza çəkin, xüsusilə saçların diblərinə. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun(şampunla).

— 3 xörək qaşığı qarabaşaq unu, yarım çay bardağı ilıq süd və 1 yumurtanı qarışdırın. Maskanı saçlarınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.(Bu maska yanmış və qırılan saçlar üçündü)

 Tərcümə etdi: Raksana Rəsulzadə

Davamı →

Saçların düzgün yuyulma qaydaları

Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar.

Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini “normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir.
Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).


Ardı →

Saçlar üçün məsləhətlər

Hansı üsuldan istifadə etməklə saç tökülməsinin qarşısını almaq olar?

Təqdim edəcəyimiz üsul sizi br az qorxuda bilər, lakin sınaqdan keçirməyə dəyər. Bunun üçün sizə 1 litr su, 1 çay qaşığı təmiz nöyüt (nöyüt saxta olmamalıdır) və 1 xörək qaşığı duz lazım olacaq.  Nöyütü və duzu suda yaxşıca həll edib, saçınızı şampunla yuduqda sonra yaxalamalısnız. Prosedur 14 dəfə təkrar olunmalıdır. Qeyd edək ki, nöyütün qoxusu saç quruduqdan sonra kəsilir.

Məsləhət    
— Saçları çox isti və ya çox soyuq su iə yumaq məsləhət görülmür.
— Suyun optimal dərəcəsi 35-45 drəcə olmalıdır.
— Yağlı saçları sərin su ilə yumaq lazımdır.
— Saçlar ən azı 2 dəfə sabunlanmalıdır.  Bu onunla əlaqədardır ki,  birinci sabunlamada saçlarda olan çirkin tozun və dəri piyinin yalnız bir hissəsi təmizlənir, şampunun müalicəvi təsiri isə təkcə 2-ci dəfədən sonra özünü göstərir.
— Həmçinin, unutmayın ki, şampun və digər saç asitələri istifadə edildikdən sonra saçlar su ilə yumaq lazımdır ki, bu vasitələrin qalıqları saç üzərində qalmasın.
Davamı →

Uzun saçlar

uzun saclarUzun, baxımlı və sağlam saçlar qadınların gözəllik simvoludur. Kişilər də qadınlarda məhz uzun saç modelini daha çox sevir. Yaxşı, kişilərin qadınlarda  çox bəyəndiyi bu saç modeli ən çox hansı üz qruluşuna yaraşır?

Dişiliyin və qadınlığın gücünü təmsil edən uzun saçlar hər zaman klassik və seçilən bir model olaraq qalır. Qısa saçların müasir və çılğın görünüşünü inkan etmək olmaz.  Lakin istədiyimizdə açıq buraxa bildiyimiz, atquyruğu və ya toppuz halına gətirə bildiyimiz uzun saçlar daha üstün hesab olunur.

Saçınızı uzatmağa qərar verməzdən əvvəl bəzi şeyləri bilməlisiniz.

Həyat tərzin necədir?
Sıx iş qrafiki olan qadını və ya hər zaman məşğul  ana uzun saçı bir nemət olaraq qiymətləndirə bilər. Siz, uzun saçları atquyruğu edərək çox rahat istifadə edə bilərsiniz. Lakin uzun saçın baxımı çətindir ( yuyunması, qurudulması, şəklə soxulması zaman alır) və buna zamanınız yoxdursa, kəsdirməyiniz məsləhətdir. Çünki onları baxımsız qoyub pis hala gətirə biləsiniz.

Saç tipiniz nədir?
Buruq və ya dalğalı saçlara sahib olanların saçlarını uzatması daha məqsədə uyğundur.  Çünki onsuz da bu saç tipinin həcmli olması səbəbiylə qısa modellər çox uyğun deyil. Uzun və düz saçların isə baxımlı olması şərtdir!
Ardı →

Sağlam saçlar | Qızıl qaydalar

Bütün qadınlar parlaq, canlı, gözəl saçlara malik olmaq istəyir. Təsadüfü deyil ki, saçlar gözəl göründüyündə qadınlarda özünə inam daha çox olur. Bəs gözəl saçlara malik olmaq üçün nə etmək lazımdır? 
Araşdırmalara görə gözəl saçlara sahib olmağın qızıl qaydaları aşağıdakılardır:
— Saçları şampunla yumaq lazımdır. Sabunlar saçın üzərində şəffaf bir təbəqə meydana gətirir. Bu da saçı matlaşdırır, cansızlaşdırır.
— Ən yaxşı saç şampunu və saç kremini sınayaraq öyrənəndən sonra istifadə edin. Başqasının saçına düşən şampun sizin saçınıza uyğun olmaya bilər. Saçınız asan daranır,şəkil alır və parlayırsa, şampununuzdan əmin ola bilərsiniz. Saçlarınız yağlıdırsa, krem istifadə etməyin. Yağlı saçlara tətbiq olunan krem saçları daha da yapışqan edər.
— Saçları hər dəfə yuduqdan sonra fenlə qurutmayın. Çalışın ki öz –özünə qurusun. Tez-tez fenlə qurudulan saçlar tez cansızlaşır və köhnəlir. Feni mütləq istifadə edəcəksinizsə,başınızı aşağı əyib yuxarıdan uclara doğru qurulayın. Bu halda saçlarınız daha gur görünəcək.
— Saçlarınızı çox möhkəm yığmayın. Davamlı olaraq saçları kip toplamaq saçların qırılıb-tökülməsinə səbəb ola bilər. Saçları zəif şəkildə toplamaq və ya sərbəst buraxmaq lazımdır.
Ardı →

Yayda saçlara qulluq

Bəzən yay saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz — əladır, amma saçları qorumasaq, problemlər yarana bilər.

Quruluq
Yayda dəri qurulaşır, qoruyucu qatının təsiri aşağı düşdüyündən qaşıntı və həssaslıq əmələ gəlir. Bu zaman xüsusi qidalandırıcı və nəmləndirici maskalardan istifadə edin. Nəmləndiricidən hər gün yararlanmaq olar. O, saçı ultrabənövşəyi şüaların təsirindən qoruyur. Qidalandırıcı isə daha dərindən təsir göstərir: maddələr saçın kökünə daxil olaraq daxildən hidrobalansı bərabərləşdirir. Ondan həftədə 2-3 dəfə istifadə edin.


Davamı →